01:06 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Suriya ərazisindən Türkiyənin Kilis şəhərinə 4 raket atılıb

Suriyadan Afrin əməliyyatına cavab: Türkiyə ərazisi raket atəşinə tutuldu

Report
DÜNYA
Qısa URL
Suriyada "Zeytun budağı" əməliyyatı (8)
79510

İki raket yaşayış evlərinə, biri isə iş yerinə tuş gəlib

BAKI, 21 yanvar — Sputnik. Suriya ərazisindən Türkiyənin Kilis şəhərinə 4 raket atılıb.

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər yüngül yaralanıb.

İki raket yaşayış evlərinə, biri isə iş yerinə tuş gəlib. Dördüncü raket boş əraziyə düşüb. Raketlərin düşdüyü evlərdə kiçik həcmli yanğınlar baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu lokallaşdırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. 

Türkiyə ordusu ötən gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 72 təyyarə Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.

Türkiyənin baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatının yanvarın 21-də başlaya biləcəyini bəyan edib. 

Mövzu:
Suriyada "Zeytun budağı" əməliyyatı (8)

Əlaqədar

Ankara Suriyada quru əməliyyatının başlanacağı vaxtı açıqlayıb
Afrində vurulan hədəflərin sayı açıqlandı
Pentaqondan Türkiyəyə təcili müraciət
Afrin əməliyyatı barədə maraqlı detal üzə çıxdı

Əsas mövzular