Ankara Suriyada quru əməliyyatının başlanacağı vaxtı açıqlayıb

© AP Photo / Petros GiannakourisTürkiyənin baş naziri Binəli Yıldırım
Türkiyənin baş naziri Binəli Yıldırım - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə ordusu dünən Bakı vaxtı ilə saat 18.00-da Suriyanın Afrin bölgəsində terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb

BAKI, 21 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin əyalətində quru əməliyyatı yanvarın 21-də başlaya bilər.

APA-nın verdiyi xəbərə görə, bu barədə yanvarın 20-də Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.  

“Aviasiyamız nəzərdə tutulmuş hədəflərin əksəriyyətini məhv edib. Sabah, (yanvarın 21-də-red.)  şəraitdən asılı olaraq, quru qoşunlarımız lazımi işi görəcək. Onlar Azad Suriya Ordusu ilə birgə əməliyyat keçirəcək”, — deyə B.Yıldırım qeyd edib.

Qeyd edək ki, Türkiyə ordusu dünən Bakı vaxtı ilə saat 18.00-da Suriyanın Afrin bölgəsində terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb. 

Xəbər lenti
0