Hollandiya ABŞ-a qarşı: Fələstinə yardım edilir

© Sputnik / Zaman RamazanovСитуация у ворот в Иерусалиме, 8 декабря 2017
Ситуация у ворот в Иерусалиме, 8 декабря 2017 - Sputnik Azərbaycan
Abunə olmaq
Kaaq bu vəziyyətdən insanların, xüsusilə də uşaqların əziyyət çəkdiyini deyib

BAKI, 20 yanvar — Sputnik. Hollandiya ABŞ-ın Fələstinə yardımı dayandırma qərarından sonra BMT-nin Fələstinli Mühacirlərə Yardım Təşkilatına 13 milyon avro ayıracağını açıqlayıb.

Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici Ticarət və Əməkdaşlıq naziri Siqrid Kaaq açıqlama verib. "Biz fələstinli mühacirlərin maliyyə çətinlikliyinə biganə qalmayaraq təcili yardım qərarı qəbul etdik” – nazir bildirib.

BMT-nin Fələstinli Mühacirlərə Yardım Təşkilatının tarixin ən böyük maliyyə çətinliyi ilə üzləşdiyini deyən Kaaq bu vəziyyətdən insanların, xüsusilə də uşaqların əziyyət çəkdiyini deyib.

Xatırladaq ki, ABŞ dövlət departamenti Fələstinə veriləcək 125 milyon dollarlıq yardımın 65 milyon dollarlıq hissəsinə yenidən baxılacağını açıqlamışdı.

Xəbər lenti
0