Qalmaqallı iş adamının rəsmilərlə gizli danışıqları açıqlana bilər

© AP Photo / Elizabeth WilliamsRza Zərrabın növbəti məhkəmə prosesi
Rza Zərrabın növbəti məhkəmə prosesi - Sputnik Azərbaycan
Abunə olmaq
"Amerikalı və türkiyəli səlahiyyətlilərlə olan telefon danışıqları, üz-üzə görüşlərdə edilən söhbətlər, telefon mesajları və elektron poçta göndərilən mesajlar yazılı surətdə təqdim olunsun"

BAKI, 19 yanvar — Sputnik. Nyu-Yorkda haqqında istintaq işi davam edən Azərbaycan əsilli Türkiyə və İran vətəndaşı olan iş adamı Rza Zərrabın növbəti məhkəmə prosesi keçirilib. Bu barədə Sputnik Türkiyə xəbər verir.

Rza Zərrab - Sputnik Azərbaycan
Rza Zərrabın "başının altından" yeni gizlinlər çıxdı

ABŞ-ın İrana qarşı embarqosunu qırdığını etiraf etdiyi üçün həbsxanadan çıxarılaraq xüsusi nəzarətdə saxlanılan Zərrab məhkəmə zalında sərbəst davranışları ilə diqqət çəkib. İş adamı məhkəmə zalında artıq təqsirləndirilən şəxs kimi yox, şahid qismində iştirak edib.

Rza Zərrab amerikalı prokurorlarla əlbir olaraq, digər bir türk iş adamı, "Halk Bank"-ın direktor müavini Hakan Atillanın əleyhinə çıxış edib. Daha sonra hakim Riçard Berman 11 apreldə yekun qərar verilmədən öncə hər iki şəxsin vəkilindən, amerikalı və türkiyəli səlahiyyətlilərlə nə danışdıqlarını ona yazılı surətdə verməsini istəyib.

"Vəkillərin amerikalı və türkiyəli səlahiyyətlilərlə olan telefon danışıqları, üz-üzə görüşlərdə edilən söhbətlər, telefon mesajları və elektron poçta göndərilən mesajlar yazılı surətdə bizə təqdim olunsun. Həmin görüşlərin və telefon danışıqlarının, o cümlədən mesajların dəqiq tarixi də həmin məktubda qeyd olunsun" — hakim Berman deyib.

Hakim bildirib ki, sözügedən danışıqlar və mesajlar yekun qərara təsir edə bilər.

Xatırladaq ki, hazırda ABŞ-da haqqında məhkəmə işi davam edən Rza Zərrab Türkiyə hökumətinin əleyhinə ifadələr verib. O, İrana qarşı beynəlxalq sanksiyaları pozmaq müqabilində türkiyəli nazirlərə rüşvət verdiyini etiraf edib. Bir çox analitiklər isə hesab edirlər ki, iş adamı bu ifadələri məcburiyyət altında verib.

Xəbər lenti
0