11:35 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0332
DÜNYA
Qısa URL
672 0 0

Bu günə qədər "həkimə" 700-ə yaxın ana olmaq arzusunda olan qadın müaricət edib

BAKI, 19 yanvar — Sputnik.  Hamilə qalmaq istəyən qadınların qarnını böyüdən saxta "həkim" həbs edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Afrikada övlad sahibi olmaq istəyənləri aldadaraq onların hər birindən 33 dollar alan və onlara bitki müalicəsi edərək qarınlarının şişməsinə səbəb olan qadın saxlanılıb.

Məlumatlara görə, bu günə qədər "həkimə" 700-ə yaxın ana olmaq arzusunda olan qadın müraciət edib. Nina Fanta Kamar adlı "həkim" saxlanıldıqdan sonra polis bölməsinin qarşısında 200-ə yaxın qadının iştirakı ilə aksiya keçirilib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Afrikanın 80 faizi ənənəvi müalicə üsullarından istifadə edir.

Şikayətçi qadınlardan birinin sözlərinə görə, "həkim" onlara bitki qarışığı verib. Bundan sonra onların qarnı şişib və "həkim" onları müayinə edərək hamilə olduqlarını bildirib.

Bəzi qadınların qarnının 12-16 ay şiş qaldığı müəyyən edilib. "Həkim" "xəstə"lərinə başqa həkimlərə getməməyi də məsləhət görüb. Ancaq sağlamlığından şübhələnən 47 qadın digər həkimlər tərəfindən müayinə edilən zaman səhhətində ciddi problemlərin olduğu müəyyən edilib.

Hazırda "həkim" həbs edilib. O, qadınların həyatını təhlükəyə atmaqda ittiham edilir.

Əlaqədar

Uşağın ağıllı olması üçün hamilə qadınlar bu qidadan yesin
Hamiləlikdə bunu qətiyyən etməyin
Ögey atasından hamilə qalmış qız uşağını dünyaya gətirib
Ögey atasından hamilə qalan 12 yaşlı qızla bağlı tükürpədici qərar
Hamilə qadın əri tərəfindən möhkəm döyüldü
Qadınlar hamilə qala bilmirlərsə, diş həkiminə getsinlər
Teqlər:
bitki qarışığı, saxta həkim, hamilə, qarın şişkinliyi, həbs

Əsas mövzular