Tanınmış model tanınmaz hala düşüb

© Photo : Haberturk.comEbru Şallı
Ebru Şallı - Sputnik Azərbaycan
Abunə olmaq
Makiyajsız olduğu üçün kameralardan qaçan Ebru tanınmaz halda olub

BAKI, 19 yanvar — Sputnik. Türkiyəli məşhur aparıcı-model Ebru Şallı görənləri şoka salıb. Sputnik Azərbaycan "Haberturk"ə istinadən xəbər verir ki, hər zaman gözəlliyi ilə seçilən Şallı bu dəfə onu görənləri heyrətləndirib. Çünki o, bu dəfə makiyajsız görüntülənib.

Gözəllik salonundan çıxarkən kameralara tuş gələn model sürətli addımlarla avtomobilinə tərəf yeriyib.

Makiyajsız olduğu üçün kameralardan qaçan Ebru tanınmaz halda olub.

Şallı jurnalistlərə "Gecənin bu vaxtı niyə belə edirsiniz ki? Dərimə qulluq etdirdim və evə gedirəm" deyərək oradan uzaqlaşıb.

Xəbər lenti
0