Türkiyə böyük əməliyyat ərəfəsində: Tanklar sərhədə daşınır - FOTO

© REUTERS / Osman OrsalReyhanlıda türk tankları
Reyhanlıda türk tankları - Sputnik Azərbaycan
Abunə olmaq
Suriya ilə sərhəd bölgəsinə təyyarə ilə daşınan türk əsgərlərin şəkli sosial şəbəkələrdə paylaşılıb

BAKI, 19 yanvar — Sputnik. Türkiyədə Afrin əməliyyatı ərəfəsində ağır tankların sərhədə yeridilməsi davam edir.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, təyyarə ilə Suriyanın sərhəd bölgəsinə daşınan türk əsgərlərin şəkli sosial şəbəkələrdə paylaşılıb.

Tanklar Türkiyə Silahlı Qüvvələrinin Hataydakı sərhəd qoşunlarına daşınır. Vətəndaşlar da mobil telefonları ilə tankların görüntülərini çəkiblər.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi beynəlxalq koalisiyanın, əsas hissəsini PYD-nin təşkil etdiyi 30 minlik ordu yaratmaqla bağlı qərarı Türkiyədə ciddi narahatlığa səbəb olub. Koalisiyanın yeni qərarına əsasən, PKK terror təşkilatının Suriyadakı qolu kimi tanınan PYD Suriya Demokratik Qüvvələri adı altında ölkə sərhədlərini mühafizə etməlidir.

Rəsmi Ankara sözügedən planın reallaşmasına imkan verilməyəcəyini açıqlayıb. Bununla bağlı şəxsən prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

"Amerikaya səslənirəm. Siz kimi aldadırsınız? PYD terror təşkilatını Suriya Demokratik Qüvvələri adı ilə meydana çıxarırsınız? "Fərat Qalxanı" əməliyyatında olduğu kimi, bir gecə qəfildən Afrinə girə bilərik. Əgər PYD Afrini, Münbiçi boşaldıb Fərat çayının şərqinə çəkilməsə, 1 həftəyə nələr edəcəyimizi görəcəksiniz" — Ərdoğan vurğulayıb.

Xatırladaq ki, rəsmi Ankara PYD-ni PKK terror təşkilatının Suriyadakı qolu hesab edir.

Xəbər lenti
0