Pitbull 3 yaşlı uşağı parçaladı

Abunə olmaq
Sonradan məlum olub ki, bu it Pitbull cinsi ilə başqa cinsin cütləşməsindən yaranıb

BAKI, 18 yanvar — Sputnik. ABŞ-ın Oklahoma vilayətində it 3 yaşında qız uşağını parçalayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızın atası pitbull cinsinə aid olan iti hadisədən 5 gün öncə dostundan alıb.

Hadisə zamanı evdə nənə və 3 yaşlı qız olub. İt qəfil uşağa hücum edib və onu parçalayıb. Evə gələn ata uşağını xəstəxanaya aparıb. Amma balacanın qızın həyatını xilas etmək mümkün olmayıb. Atası polislərdən iti güllələmələrini xahiş edib. "Siz iti öldürün, yoxsa bunu mən edəcəm”, – deyə kişi bildirib.

Sonradan məlum olub ki, qızı parçalayan it Pitbull cinsi ilə başqa cinsin cütləşməsindən yaranıb.

Xəbər lenti
0