Səhlənkarlıq, yoxsa qəsd: "Sadovod" bazarında əsas ziyan azərbaycanlılara dəyib

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidMoskvanın "Sadovod" bazarı, arxiv şəkli
Moskvanın Sadovod bazarı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Moskvanın "Sadovod" bazarının sahibkarı yanğının azərbaycanlılara vurduğu ziyandan danışıb

BAKI, 18 yanvar — Sputnik. Moskvanın "Sadovod" bazarında gecə baş verən yanğın nəticəsində zərərçəkənlərin əksəriyyəti azərbaycanlı sahibkarlardır. Bu barədə Sputnik Azərbaycan-a Moskvadakı Azərbaycan diasporunun nümayəndəsi, "Sadovod" bazarında işləyən sahibkar Əhməd Cəlilov məlumat verib.

RF Fövqəladə Hallar Nazirliyinin Moskva şəhər Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, yanğın yanvarın 17-də axşam saat 21:17-də bazarın Verxniye küçəsində yerləşən 300 kvadratmetr ərazidəki metal pavilyonda başlayıb.

Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
Yanğını söndürərkən özləri dondular

Hadisə yerinə gələn yanğından mühafizə bölmələrinin əməkdaşları təhlükəsizlik məqsədilə qonşuluqdakı obyektlərdən 40 nəfəri təxliyə edib. Yanğın 18 yanvar saat 03:51-də lokallaşdırılıb. Yanğının söndürülməsində 100 yanğınsöndürən və 30 texnika iştirak edib.

Sputnik Azərbaycan-ın mənbəsinin sözlərinə görə, yanğına məruz qalan obyektlərin 70%-i azərbaycanlılara məxsusdur.

"Orada içində geyim və xırdavat mallar olan 50 konteyner yanıb. Əvvəlcə yanğını su ilə söndürməyi düşünüblər. Sonra görəndə ki, alovu su ilə söndürmək mümkün deyil, köpüklə söndürməyə başlayıblar. Ehtimal var ki, yanğın icarəçilərdən birinin səhlənkarlığı və laqeydliyi ucbatından baş verib. Bayırda soyuq olduğu üçün adamlar elektrik qızdırıcılarından istifadə edir. Orada patrullar müntəzəm olaraq ticarətçilər və icarədarlara təhlükəsizlik tədbirlərini xatırladırlar və onlardan xahiş edirlər ki, hətta elektrik çaydanlarını belə elektrik cərəyanından ayırsınlar. Hər şey mümkündür, qəsdən yandırılma ehtimalını da istisna etmək olmaz", – deyə Cəlilov bildirib.

Cəlilovun sözlərinə görə, sahibkarlara dəyən zərərin kompensasiya edilməyəcəyi birmənalıdır. Çünki hazırda "Sadovod" bazarının sahiblərinin böyük problemləri var. Onlar yeni konteynerlər qurmalıdırlar. Bu isə əlavə xərcdir. Odur ki, sahibkarlar heç nəyə ümid etmirlər.

Xəbər lenti
0