Trampdan növbəti qalmaqallı hərəkət: Ağ Evdə hələ belə şey olmamışdı

CC0 / tpsdave / White HouseБелый дом, фото из архива
Белый дом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cim Akosta yeni bir sual vermək istəyəndə ABŞ prezidenti onu barmağı ilə göstərərək “Buranı tərk et” deyib

BAKI, 18 noyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp CNN-in müxbiri Cim Akostanı Oval saraydan qovub.

"Report" xəbər verir ki, hadisə Donald Trampla Qazaxıstan prezident Nursultan Nazarbayevin Oval sarayda keçirdiyi birgə mətbuat konfransı zamanı qeydə alınıb.

CNN müxbiri Cim Akosta ABŞ prezidentindən soruşub: “ABŞ-a daha çox Norveç vətəndaşlarının gəlməsini istəməyiniz doğrudurmu?” Donald Tramp suala cavabında deyib: “Mən onların hər yerdən gəlməsini istəyirəm”. Cim Akosta yeni bir sual vermək istəyəndə ABŞ prezidenti onu barmağı ilə göstərərək “Buranı tərk et” deyib.

C.Akosta “Twitter” hesabında bu haqda belə yazıb: “Üzümə bağırıb sualımı verməyə qoymamağa çalışdılar. Əvvəllər belə bir hadisə ilə heç vaxt qarşılaşmamışdım”. 

Ağ Ev administrasiyası məsələ ilə bağlı açıqlama verməyib. 

Xəbər lenti
0