"Twitter" istifadəçilərin şəxsi ismarıclarını oxuduğunu etiraf edib

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidСтраница сайта Twitter в окне браузера компьютера. Архивное фото
Страница сайта Twitter в окне браузера компьютера. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Şəxsi ismarıcları oxuyan əməkdaşların dəqiq sayı açıqlanmasa da, bunun yüzlərlə insan olması inkar edilib

BAKI, 18 yanvar — Sputnik. "Twitter" şirkəti "Project Veritas" təşkilatının istifadəçilərin şəxsi ismarıclarını oxuması barədə bəyanatına münasibət bildirib.

"Report" xəbər verir ki, "Twitter" şirkətinin əməkdaşları vaxtaşırı şəxsi yazışmanı oxuyur.

“Biz mütəmadi olaraq şəxsi ismarıcları oxumuruq. Ancaq vaxtaşırı. Məhdud sayda əməkdaşımız bu məlumatı əldə edə bilər. Biz öz növbəmizdə onlara qarşı çox ciddi giriş protokolu tətbiq edirik", — deyə şirkətdə birdiriblər.

Şəxsi ismarıcları oxuyan əməkdaşların dəqiq sayı açıqlanmasa da, bunun yüzlərlə insan olması inkar edilib.

Qeyd edək ki, "Twitter"in öz istifadəçilərin şəxsi ismarıcları oxuması barədə məlumat onlar haqqında “virtual profilin yaradılması” və reklam şirkətlərinə sonradan satılması məqsədi ilə edildiyi bildirilib. 

Xəbər lenti
0