08:28 08 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
273 0 0

Rəsmi Ankara sözügedən planın reallaşmasına imkan verməyəcəklərini açıqlayıb

BAKI, 17 yanvar — Sputnik. "Türkiyə NATO-nun dəyərli və vacib müttəfiqidir". Sputnik Azərbaycan "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert gündəlik mətbuat brifinqində açıqlama verib.

Suriyada Türkiyəni narahat edən proseslərə toxunan sözçü deyib ki, Amerikanın 1 nömrəli hədəfi İŞİD-i tamamilə yox etməkdir. "Bu, türklərin də xeyrinədir" Nauret bildirib.

Xanım spiker əlavə edib ki, rəsmi Ankara Vaşinqton, həmçinin NATO üçün çox əhəmiyyətli müttəfiqdir. 

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi beynəlxalq koalisiyanın əsas hissəsini PYD-nin təşkil etdiyi 30 minlik ordu yaratmaqla bağlı qərarı Türkiyədə ciddi narahatlığa səbəb olub. Koalisiyanın yeni qərarına əsasən, PKK terror təşkilatının Suriyadakı qolu kimi tanınan PYD Suriya Demokratik Qüvvələri adı altında ölkə sərhədlərini mühafizə etməlidir.

Rəsmi Ankara sözügedən planın reallaşmasına imkan verməyəcəklərini açıqlayıb. Bununla bağlı şəxsən prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

"Amerikaya səslənirəm. Siz kimi aldadırsınız? PYD terror təşkilatını Suriya Demokratik Qüvvələri adı ilə meydana çıxarırsınız? "Fərat Qalxanı" əməliyyatında olduğu kimi, bir gecə qəfildən Afrinə girə bilərik. Əgər PYD Afrini, Münbiçi boşaldıb Fərat çayının şərqinə çəkilməsə, 1 həftəyə nələr edəcəyimizi görəcəksiniz" — Ərdoğan vurğulayıb. 

ABŞ-ın PYD döyüşçülərindən ibarət ordu yaratmaqla bağlı planı barədə beynəlxalq koalisiyanın mətbuat katibi Tomas Vil açıqlama verib. Bu planın İŞİD-lə mübarizə çərçivəsində hazırlandığını deyən Vil bildirib ki, yaradılacaq ordunun əsas vəzifəsi Suriyanın İraq və Türkiyə ilə sərhəd bölgələrini və Fərat çayının ətrafını mühafizə etməkdir.

Xatırladaq ki, rəsmi Ankara PYD-ni PKK terror təşkilatının Suriyadakı qolu hesab edir.

Əlaqədar

Türkiyəyə arxadan zərbə: ABŞ sərhədə PKK qüvvələri yerləşdirir
ABŞ PKK-ya yarım milyard dollarlıq silah göndərəcək
Bəşər Əsədin ən yaxın adamından etiraf: “O, PKK-ya kimyəvi silah ötürdü”
Amerikalı əsgər PKK terrorçuları ilə yallı getdi, türkləri şoka saldı — Video

Əsas mövzular