Ərdoğanın "qəfil əməliyyat" xəbərdarlığı reallaşdı, türk ordusu hərəkətə keçdi

© REUTERS / Khalil AshawiTürkiyə ordusuna aid tankı Suriyada, arxiv şəkli
Türkiyə ordusuna aid tankı Suriyada, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Gecə saatlarında başlayan əməliyyat nəticəsində 30 terrorçu öldürülüb

BAKI, 17 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın şimalında PYD terrorçularının nəzarətində olan Afrin bölgəsini ağır toplardan atəşə tutub. Sputnik Azərbaycan "Haberler"-ə istinadən xəbər verir ki, gecə saatlarında başlayan əməliyyat nəticəsində 30 terrorçu öldürülüb.

Совместные учения батальона НАТО и литовской армии. Архивное фото - Sputnik Azərbaycan
TƏHLİL
İki NATO ölkəsi arasında müharibə həyəcanı

Terrorçuların çətin vəziyyətə düşdükləri, onlar arasındakı rabitə əlaqəsinin dinlənilməsi zamanı da qeydə alınıb. Onlarla PYD silahlısının canlarını xilas etmək üçün qaçdıqları bəlli olub.

Rabitə əlaqəsindən qeydə alınan səs yazılarında, kod adı "Hemze Aqiri" olan terrorçu "Mimet" kod adlı digər terrorçuya "Ortalıq qiyamət kimidir. Yoldaşların çoxu öldü. Yaralıları daşıyacaq heç kəs yoxdur. Təcili köməyə ehtiyacımız var" çağırışını edib. Qarşı tərəf isə cavabında "İndi ora heç kim gələ bilməyəcək. Ani hücuma məruz qaldıq. İtkilərimiz var. Telefonu qoy kənara, yaralılara yardım et" deyib.

Afrində vəziyyətin gərginləşməsi nəticəsində mülki şəxslər də ərazidən qaçmağa başlayıb. Onların Hələb bölgəsinə köç etdiyi deyilir.

TSQ Baş Qərargahından bildirilib ki, top atışları qurudan əməliyyat öncəsi, qarşı tərəfin reaksiyasını öyrənmək üçün həyata keçirilib.

Hökumətə yaxın yerli medianın xəbərinə görə, Afrinə hərbi əməliyyat havadan və qurudan həyata keçiriləcək. Türk əsgəri əməliyyata Azad Suriya Ordusunun (ASO) döyüşçüləri ilə birgə başlayacaq. Qurudan ASO, havadan isə Türkiyə qırıcıları Afrindəki PYD bölgələrinə daxil olacaq. 20 minə yaxın ASO əsgərinin əmr gözlədiyi bildirilir.

Digər tərəfdən PYD/YPG terrorçuları ötən gecə saatlarında, ASO-nun nəzarətindəki Azez qəsəbəsini atəşə tutublar. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Xəbər lenti
0