"Ərdoğan haqlıdır, mənim dövlətim terrorçudur"

CC0 / edu_castro27 / Israeli flagİsrail bayrağı, arxiv şəkli
İsrail bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Axır ki, bir nəfər dünya lideri cəsarətli davranıb, bu zülmü edənlərin terrorçu olduğunu söylədi"

BAKI, 16 yanvar — Sputnik. "Ərdoğan haqlıdır, əsl terrorçu İsrail ordusudur. İsrail terrorçu dövlətdir". Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, bunu tanınmış yəhudi yazar və aktivist Miko Peled deyib.

İsrailli yazıçı silahsız insanları güllələyən, onların torpaqlarını işğal edib, havadan bombalayan ordunun terrorçu olduğunu qeyd edib: "Axır ki, bir nəfər dünya lideri cəsarətli davranıb, bu zülmü edənlərin terrorçu olduğunu söylədi. Onların terrorçu olduğunu üzlərinə dedi. İndiyədək heç kəs bunu deməyə cəsarət etmirdi. Qorxurdular. Ərdoğan haqlıdır, İsrail terrorçu dövlətdir" — Miko Peled vurğulayıb.

Qeyd edək ki, Miko Peledin babası İsrail dövlətinin yaranmasına imza atan 40 siyasətçidən biri olub.

Xəbər lenti
0