NATO ölkəsində ara qarışdı

© REUTERS / ANN SOPHIE VAN TRIELBelçikada dəhşətli partlayış baş verib
Belçikada dəhşətli partlayış baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Polis terror aktı ehtimalını araşdırır

BAKI, 16 yanvar — Sputnik. Belçikada dəhşətli partlayış baş verib. Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Belçika polisi Antverpen şəhərində baş verən partlayışda 5 nəfərin yaralandığını və ətraf binaların ziyan gördüyünü açıqlayıb.

Hadisə yerinə çoxlu sayda polis və yanğınsöndürmə briqadası cəlb edilib. Polis terror aktı ehtimalını araşdırır. Daha bir ehtimala görə, hadisə ərazidəki bir dükanda baş verən qaz sızması səbəbindən baş verib.

Qeyd edək ki, Şimal-qərbi Avropada yerləşən Belçika Avropa İttifaqı və NATO-nun üzvüdür.

Xəbər lenti
0