15:51 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
52710

Ərdoğan: "Bir həftəyə nələr edəcəyimizi görəcəksiniz"

BAKI, 15 yanvar — Sputnik. Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi beynəlxalq koalisiyanın, əsas hissəsini PYD-nin təşkil etdiyi 30 minlik ordu yaratmaqla bağlı qərarı Türkiyədə ciddi narahatlığa səbəb olub. Koalisiyanın yeni qərarına əsasən, PKK terror təşkilatının Suriyadakı qolu kimi tanınan PYD, Suriya Demokratik Qüvvələri adı altında ölkə sərhədlərini mühafizə etməlidir.

Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, rəsmi Ankara sözügedən planın reallaşmasına imkan verməyəcəklərini açıqlayıb. Bununla bağlı şəxsən prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

"Amerikaya səslənirəm. Siz kimi aldadırsınız? PYD terror təşkilatını Suriya Demokratik Qüvvələri adı iləmi meydana çıxarırsınız? "Fərat Qalxanı" əməliyyatında olduğu kimi, bir gecə qəfildən Afrinə girə bilərik. Əgər PYD Afrini, Münbiçi boşaldıb Fərat çayının şərqinə çəkilməsə, 1 həftəyə nələr edəcəyimizi görəcəksiniz" — Ərdoğan vurğulayıb.

ABŞ-ın PYD döyüşçülərindən ibarət ordu yaratmaqla bağlı planı barədə beynəlxalq koalisiyanın mətbuat katibi Tomas Vil açıqlama verib. Bu planın İŞİD-lə mübarizə çərçivəsində hazırlandığını deyən Vil bildirib ki, yaradılacaq ordunun əsas vəzifəsi Suriyanın İraq və Türkiyə ilə sərhəd bölgələrini və Fərat çayının ətrafını mühafizə etməkdir.

Qeyd edək ki, rəsmi Ankara PYD-ni PKK terror təşkilatının Suriyadakı qolu hesab edir. PYD özü də həmin fakta etiraz etmir. Təşkilat bütün tədbirlərdə, o cümlədən hərbi təlimlərdə PKK lideri Abdullah Öcalanın portretlərindən istifadə edir.

Əlaqədar

Türkiyə Suriya ilə sərhədə qoşun yeritdi
Şahinoğlu: “Suriyada baş verən son hadisələrdə Türkiyənin rolu yoxdur”
Putindən vacib Türkiyə açıqlaması
Türkiyədən ABŞ-a cavab: Əməkdaşlıq dayandırıldı
Partlayıcı maddə yüklü Türkiyə gəmisi saxlanıldı
Teqlər:
beynəlxalq koalisiya, terror təşkilatı, PYD, Suriya, Amerika Birləşmiş Ştatları, Ankara, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, ABŞ, ordu

Əsas mövzular