13:35 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
82 0 0

Yarandığı dövrdən Vikipediyadakı istifadəçi və məqalə sayı durmadan artıb, ensiklopediya hər keçən gün daha çox məşhurluq qazanıb

BAKI, 15 yanvar — Sputnik. İnternetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediya olan Wikipedia (Vikipediya) yaradılıb. Yarandığı dövrdən, yəni 2001-ci ilin əvvəllərindən Vikipediyadakı istifadəçi və məqalə sayı durmadan artıb, ensiklopediya hər keçən gün daha çox məşhurluq qazanıb. İnternetdə viki texnologiyası ilə işləyən ən nəhəng layihə Vikipediya (Wikipedia) — azad onlayn ensiklopediyasıdır.

Layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı Larri Senqer və Bomis kompaniyasının icraçı direktoru, layihəni maliyyələşdirən Cimmi Uels Viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gələrək onu Nupediya (NuPedia.com) adlandırıblar.

Nupediya virtual ensiklopediyası, 2000-ci ilin mart ayından fəaliyyətə başlayıb. İngilis dilində yaradılmış bu ensiklopediyanı viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəssislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Nupediyada məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edildi və 2003-cü ilin sentyabr ayında bağlandı. Nupediya ensiklopediyası bağlanarkən orada 24 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi.

Nupediya ensiklopediyası əsasında yaradılmış Vikipediya açıq ensiklopediyası 2001-ci ilin 15 yanvar tarixində İnternetdə  fəaliyyət göstərməyə başlayır. Nupediyadan fərqli olaraq Vikipediyada məqalələr könüllü İnternet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın

 çox sürətlə zənginləşməsinə səbəb olur. Ensiklopediyanın adı ingilis texniki termini olan "wiki" (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində "tez" deməkdir) və "encyclopedia" (ensiklopediya) sözlərindən yaranıb.

Vikipediyanın yaradıcıları — Cimmi Uels və Larri Senger tamamilə ayrı fəlsəfəyə əsaslanan, biliklərini paylaşmaq istəyən insanların birgə təşəbbüsü ilə dünyanın ən dolğun İnternet ensiklopediyasını yaratmaq qərarına gəlmişlər. Bu təşəbbüs özünü doğrultdu və Vikipediya qısa zamanda dünyanın ən məşhur 25 internet saytı sırasına daxil oldu. 2009-cu ildə aparılan araşdırmalara görə, ingilis dilində olan Vikipediya dünyanın ən çox oxunan və internet istifadəçilərinin tez-tez müraciət etdikləri saytlar arasında 1-ci yeri tutub.

Əlaqədar

Eltürk: “Azərbaycan "Vikipediya"da 51-ci yerdədir”
Azərbaycan "Vikipediya"sının bu günkü vəziyyəti
"Vikipediya"nın Azərbaycan bölməsinin aktiv istifadəsçilərinin sayı açıqlandı
Teqlər:
Nupediya, ensiklopediya, Vikipediya, internet

Əsas mövzular