Dəhşətli İstanbul zəlzələsinin mümkün vaxtı açıqlandı

© Sputnik / Irade JELILİstanbul
İstanbul - Sputnik Azərbaycan
Abunə olmaq
Bəziləri zəlzələnin 12, digərləri 27 il sonra olacağını bildirilər

BAKI, 12 yanvar — Sputnik. İstanbul Texniki Universitetinin Geofizika Mühəndisliyi fakültəsinin professoru, doktor Əhməd Ercan bütün dünyanın həyəcanla gözlədiyi dəhşətli İstanbul zəlzələsinin mümkün baş vermə vaxtını açıqlayıb. Sputnik Azərbaycan Sözçü-yə istinadən xəbər verir ki, doktor Ercan zəlzələnin 27 il sonra baş verəcəyini deyib.

Сейсмограф, фото из архива - Sputnik Azərbaycan
Dünya silkələndi: Eyni anda müxtəlif ölkələrdə güclü zəlzələlər oldu

Qeyd edək ki, bütün elm adamları böyük İstanbul zəlzələsinin qaçılmaz olduğunu və nə zamansa bu bölgədə dağıdıcı təkanların olacağını bildirirlər. Onlar sadəcə zəlzələnin baş verəcəyi vaxtı bilmədiklərini vurğulayırlar.

Professor Əhməd Ercan bəzi elm adamlarının İstanbul zəlzələsinin 12 il sonra baş verəcəyini söylədiklərini bildirib: "Mənim hesablamalarıma görə isə böyük zəlzələ təxminən 27 il sonra olacaq. Kim düz dediyini zaman göstərəcək. Zəlzələ 100 faiz əvvəlcədən müəyyən ediləcək elm deyil. Fikrimcə, İstanbul, Tekirdağ, Kocaeli, Yalova, Balıkesir, Çanaqqalaya təsir edəcək 2 zəlzələ olacaq. Biri 6,3-6,7 bal gücündə Küçükçekmece sahillərində, o biri 7-10 kilometr dərinlikdə, 7,0-7,2 bal gücündə Mərmərə istiqamətində olacaq".

Zəlzələ - Sputnik Azərbaycan
Zəlzələ yüzlərlə evə zərər verib - Fotolar

Türkiyədə insanların ən sıx yaşadığı yerin İstanbul olduğunu qeyd edən elm adamı, hər kvadrat kilometrə 2,5 min nəfər düşməklə, şəhərdə 16 milyon insanın yaşadığını vurğulayıb: "Yaşayış yerlərinin yüzdə 40 faizi qanunsuzdur, yüzdə 70-nın isə oturma icazəsi yoxdur. Bir sözlə, İstanbul qeyri-qanuni yaşayış məskənidir".

İstanbulun 70 faizinin "möhkəm torpaqda" yerləşdiyini bildirən professor Ercan mümkün təhlükə zonaları barədə danışıb: "Şəhərin Anadolu hissəsinin yüzdə 35 faizi, Trakiya hissəsinin isə yüzdə 65 faizi zəlzələnin təsirinə məruz qalacaq. Təkanların ən çox təsir edəcəyi yerlər Fatih, Eyüp, Zeytinburnu, Kağıthane, Bakırköy, Küçükçekmece, Bağçılar, Büyükçekmece, Kumburgaz, Esenyurt, Ovçular, Güngören, Bahçelievler, Kemerburgaz, Göktürk ilə yeni tikilən Uçuş sahəsi olacaq. Ən dəhşətli yer isə Bostancı-Eminonu, Eminönü-Büyükçekmece arasıdır".

Xəbər lenti
0