Dünya silkələndi: Eyni anda müxtəlif ölkələrdə güclü zəlzələlər oldu

Abunə olmaq
Saat 13:18-də Peru sahillərində, 13:19-da Əfqanıstanda güclü zəlzələ olub

BAKI, 14 yanvar — Sputnik. Bu gün Bakı vaxtı ilə saat 13:00 radələrində dünyanın müxtəlif yerlərində güclü zəlzələlər qeydə alınıb. Sputnik Azərbaycan xəbər verir ki, eyni anda dünyanın əkz istiqamətlərində yerləşən Peru və Əfqanıstanda yeraltı təkanlar qeydə alınıb.

Bakı vaxtı ilə saat 13:18-də Peru sahillərində 7.3 bal gücündə zəlzələ olub. Təkanlar Akari yaşayış məntəqəsindən 31 kilometr cənub-qərbdə və Yauka şəhərinin 19 kilometrliyində 10 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik ölənlər və yaralananlar barədə heç bir məlumat yoxdur.

Cəmi 1 dəqiqə sonra — Bakı vaxtı ilə 13:19-da Əfqanıstanın şimal-şərqindəki Carm yaşayış məntəqəsindən 42 kilometr cənubda 5,3 bal gücündə zəlzələ olub. Zəlzələ 204 kilomtr dərinlikdə olub.

Xəbər lenti
0