Türkiyədə içində 168 nəfər olan təyyarə qəzaya uğradı - VİDEO

© Photo : SOZCUTrabzon şəhərinin hava limanında təyyarə qəzaya uğrayıb
Trabzon şəhərinin hava limanında təyyarə qəzaya uğrayıb - Sputnik Azərbaycan
Abunə olmaq
"Pegasus Airlines"ə məxsus "Boeing 737-800" tipli təyyarə Trabzon hava limanına eniş zamanı qəzaya uğrayıb

BAKI, 14 yanvar — Sputnik. Türkiyənin Trabzon şəhərinin hava limanında təyyarə qəzaya uğrayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Ankara-Trabzon reysi ilə uçan təyyarə eniş zolağından kənara çıxıb.

"Pegasus Airlines"ə məxsus "Boeing 737-800" tipli təyyarə Trabzon hava limanına eniş zamanı qəzaya uğrayıb. Xoşbəxtlikdən təyyarə dənizə yuvarlanmayıb və torpaq sahədə ilişib. Hadisə zamanı təyyarədə 162 sərnişin və 6 ekipaj üzvü olub. Onlardan heç biri xəsarət almayıb.

Müəyyən müddətə bağlanılan hava limanı artıq yenidən açılıb. Hazırda təyyarənin düşdüyü yerdən çıxarılması üçün çalışılır.

Olayın hansı səbəbdən baş verməsi araşdırılır.

Xəbər lenti
0