Amerikanı qarışdıracaq iddia: Tramp porno ulduza 130 min dollar ödəyib

© AP Photo / Bill HaberPorno ulduz Stormi Daniels, arxiv şəkli
Porno ulduz Stormi Daniels, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mövzu ilə bağlı jurnalistlərə açıqlama verən Kohen iddiaları rədd edib

BAKI, 13 yanvar — Sputnik. ABŞ prezidenti Donald Tramp porno ulduz Stormi Danielsə 130 min dollar pul təklif edib. Sputnik xəbər verir ki, bu barədə "The Wall Street" jurnalı yazıb.

Jurnal iddia edib ki, Tramp və Stormi 2006-cı ildə Leyk Tahoe şəhərində keçirilən qolf turnirində tanış olublar və o ərəfələrdə ikili arasında yaxın münasibət yaşanıb.

2016-cı ildə Tramp ABŞ prezidenti seçiləndən sonra Stormi Danielsin danışmaması üçün ona 130 min dollar pul ödəyib. Xəbərdə qeyd olunub ki, Trampın vəkili Maykl Kohen 2016-cı ilin oktyabrında Stormi ili bir araya gəlib və ona 130 min dollar pul verib.

© Photo : MYSPACEDonald Tramp və Stormi Daniels
Donald Tramp və Stormi Daniels - Sputnik Azərbaycan
Donald Tramp və Stormi Daniels

Mövzu ilə bağlı jurnalistlərə açıqlama verən Kohen iddiaları rədd edib.

Qeyd edək ki, başqa bir porno ulduz Cesika Dreyk də prezident Trampın uzun illər əvvəl ona təcavüz elədiyini söyləyib.

"O, məni zorla öpürdü. Mən istəmirdim, amma məni məcbur edirdi" – Dreyk demişdi.

Xəbər lenti
0