Tatlısəs keçmiş arvadına evlənmə təklif etmişdi, cavab bu gün gəldi

© AFP 2023 / SAFIN HAMEDİbrahim Tatlısəs
İbrahim Tatlısəs - Sputnik Azərbaycan
Abunə olmaq
Ayşegül Yıldız özünə aid sosial şəbəkə səhifəsindən Tatlısəsin evlənmə təklifinə cavab verib

BAKI, 13 yanvar — Sputnik. "İmperator" ləqəbli məşhur türkiyəli müğənni İbrahim Tatlısəs iki gün öncə qadın həmkarı Seda Sayanın proqramına qatılaraq canlı efirdə, keçmiş həyat yoldaşı Ayşegül Yıldıza evlilik təklif etmişdi.

Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, Ayşegül Yıldız özünə aid sosial şəbəkə səhifəsindən Tatlısesin evlənmə təklifinə cavab verib.

"İbrahim bəyə hörmətim sonsuzdur. Sevgim fərqli ölçüdədir. O, çox yaxşı atadır. Bu saatdan sonra bizim ortaq nöqtəmiz ancaq qızımız Elifdir. Onunla yenidən evlənməyi düşünmürəm. Mənim üçün o səhifə boşandığımız zaman bir daha açılmamaq üzrə bağlanıb. İbrahim bəyə hüzur, sağlamlıq və xoşbəxt həyat arzulayıram" – Ayşegül Yıldız yazıb.

Xəbər lenti
0