20 yaşlı gəncin inanılmaz uğuru

CC0 / JESHOOTS / dollarДоллары, фото из архива
Доллары, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Mega Millions” lotereyasında ən böyük uduş 2012-ci ildə qeydə alınıb

BAKI, 13 yanvar — Sputnik. ABŞ vətəndaşı lotereyada 451 milyon dollar udub.

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, “Mega Millions” lotereyasının “cek-pot”u Port-Riçi şəhərinin (Florida ştatı) sakini, 20 yaşlı Şeyn Misslerə nəsib olub.

Qalib uduşunu dərhal götürmək istədiyi üçün, qaydalara görə, ona məbləğin ancaq bir hissəsi — 282,8 mln dollar düşür. Həmin qaydalara əsasən, cek-potun tam məbləği isə ancaq 30 il ərzində hissə-hissə ödənilir. 

“Mega Millions” lotereyasında ən böyük uduş 2012-ci ildə qeydə alınıb. O zaman 640 milyon dollarlıq “cek-pot”u 3 nəfər bölüşdürüb. 

Xəbər lenti
0