00:27 21 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Donald Tramp

Donald Trampdan İrana qarşı sərt ittiham

© AP Photo / Susan Walsh
DÜNYA
Qısa URL
21 0 0

ABŞ prezidenti İranı terrorçuluğun əsas sponsoru adlandırıb

BAKI, 13 yanvar — Sputnik. ABŞ prezidenti Donald Tramp İranı terrorçuluğun əsas sponsoru adlandırıb və onu terror təşkilatlarına, xüsusən “Hizbullah” və HƏMAS-a dəstək verməkdə ittiham edib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin bəyanatında deyilir.

"İran rejimi dünyada terrorizmə sponsorluq edən əsas dövlətdir. Onun hərəkətləri "Hizbullah"a, HƏMAS-a və başqa terrorçulara xaosu yaymaq və günahsız insanları öldürməyə imkan verir" — deyə Trampın bəyanatında deyilir.

Amerika liderinin sözlərinə görə, İran Yaxın Şərqdə dağıntıları genişləndirmək üçün 100 mindən çox döyüşçünü maliyyələşdirib, silahlandırıb və hazırlayıb. 

Əsas mövzular