Yəhudilərin davranışı ingilisləri qəzəbləndirib

© REUTERS / Hannah McKay/File PhotoБашня Биг-Бен видна на фоне флага Великобритании
Башня Биг-Бен видна на фоне флага Великобритании - Sputnik Azərbaycan
Abunə olmaq
"Britaniya Fələstin torpaqlarında yeni yəhudi məskənləri salmağa davam edən İsraili ən sərt şəkildə qınayır"

BAKI, 12 yanvar — Sputnik. Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) Yaxın Şərq üzrə dövlət naziri Alisteyr Bört İsrailin işğal altında saxladığı Fələstinin Qərbi Şəriyə bölgəsində yəhudi məskənləri salmasına münasibət bildirib. Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadən xəbər verir ki, nazir bu fəaliyyətin insan haqlarını, beynəlxalq hüququ tapdadığını deyib.

"Britaniya Fələstin torpaqlarında yeni yəhudi məskənləri salmağa davam edən İsraili ən sərt şəkildə qınayır. Bu fəaliyyət həm beynəlxalq hüququ tapdamaq deməkdir, həm də iki dövlətli həllin mümkünlüyünə ciddi zərbə vurur" — Alisteyr Bört qeyd edib.

Qeyd edək ki, İsrail Müdafiə Nazirliyinin tabeliyində olan "Hökumət Layihələrini Koordinasiya Mərkəzi"nə bağlı Mülki İdarə Təşkilatı, Qərbi Şəriyədə yeni yəhudi məskənləri inşa etmə qərarını təsdiqləmişdi.

Xəbər lenti
0