Arvadından 500 min alan azərbaycanlı killer qadının ərini öldürüb

© pixabay / byrevOv tüfəngi
Ov tüfəngi - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayətkar hadisəni törədən zaman lüləsi kəsilmiş ov tüfəngindən istifadə edib

BAKI, 11 yanvar — Sputnik. Rusiyanın Ulyanovsk vilayətində öz ərinin qətlini sifariş vermiş qadın və azərbaycanlı qatilin işi ilə bağlı məhkəmə prosesi başlayır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, 8 oktyabr 2014-cü ildə Dimitrovqradın Svirsk küçəsində odlu silahla vurulmuş kişi meyiti tapılıb.

Həmin şəxsi Azərbaycandan olan qatil qətlə yetirib, sifarişçi isə öldürülənin həyat yoldaşı olub. Sifarişçi qatilə odlu silah və mobil telefon verib, 500 min rubl ödəyib. İş üzrə materiallar məhkəməyə göndərilib.

Məlumata görə, cinayətkar hadisəni törədən zaman lüləsi kəsilmiş ov tüfəngindən istifadə edib. Qətli törətdikdən az sonra polis tərəfindən saxlanılıb. Öz ərinin qətlini sifariş vermiş qadının cinayət əməlləri ilə bağlı bir neçə maddə üzrə cinayət işi açılıb.

Qatilə isə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 (sifarişlə qətl) və 222.1 (qanunsuz odlu silah gəzdirmə) maddələri ilə cinayət işi açılıb.

Xəbər lenti
0