Partlayıcı maddə yüklü Türkiyə gəmisi saxlanıldı

© AFP 2023 / STEFANOS RAPANISYunanıstanın Girit adası sahilləri
Yunanıstanın Girit adası sahilləri - Sputnik Azərbaycan
Abunə olmaq
Göyərtəsində 8 nəfər heyət üzvü olan gəmidə ammonium nitrat, elektriksiz partlayıcılar və 11 ədəd maye qaz çəni aşkar olunub

BAKI, 11 yanvar — Sputnik. Yunanıstanın Girit adası sahillərində Türkiyəyə məxsus gəmi saxlanılıb. Sputnik Türkiyə xəbər verir ki, Liviyaya doğru istiqamət alan gəminin içərisində bomba hazırlanmasında istifadə edilən partlayıcı maddələr aşkar edilib.

Məlumata görə, yük gəmisinə Türkiyənin Mersin və İskenderun limanlarında yüklənib. Gəminin Cibuti və Omana getməyi planlaşdırdığı məlumatı yayılsa da, kapitan yükün hamısının Liviyanın Misrata limanına aparılması təlimatını aldığını deyib.

Göyərtəsində 8 nəfər heyət üzvü olan gəmidə ammonium nitrat, elektriksiz partlayıcılar və 11 ədəd maye qaz çəni aşkar olunub.

Xəbər lenti
0