21:20 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
334 0 0

Assanja verilən pasportun qeydiyyat nömrəsi Ekvador Vergi Xidmətində təsdiqlənib

BAKI, 11 yanvar — Sputnik. Yaydığı məxfi sənədlərlə dünyada geniş hay-küyə səbəb olan "WikiLeaks" saytının təsisçisi Culian Assanja Ekvador vətəndaşlığı verilib. Sputnik xəbər verir ki, Assanja verilən pasportun qeydiyyat nömrəsi Ekvador Vergi Xidmətində təsdiqlənib. Bazada ölkənin yeni vətəndaşı barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, Culian Assanj artıq 5 ildir ki, ABŞ hökumətinə aid məxfi sənədləri tapıb saytda yaydığına görə, İsveç hökuməti tərəfindən ABŞ-a ekstradisiya ediləcəyindən qorxaraq Ekvadorun Londondakı səfirliyinə sığınıb. İngiltərədəki Ekvador diplomatik nümayəndəliyi Assanjı səfirlik ərazisindən köçürmək üçün Britaniya hökuməti ilə danışıqlar aparır.

Əlaqədar

Culian Assanj: "Əsl müharibə hələ qabaqdadır"
Culian Assanj amerikalılara təslim olmağa razıdır
BMT Culian Assanja görə İsveç və İngiltərəni ittiham etdi
Teqlər:
"WikiLeaks" saytı, Ekvador, məxfi sənəd, Culian Assanj, ABŞ

Əsas mövzular