İncirlikdəki amerikalı hərbçilərlə bağlı qorxunc iddia yayılıb

© AFP 2023İncirlik Hərbi Hava Bazası
İncirlik Hərbi Hava Bazası - Sputnik Azərbaycan
Abunə olmaq
"Həyat yoldaşım mənə bu xəbəri eşitdirəndə, az qala beynimə qan sızacaqdı"

BAKI, 10 yanvar — Sputnik. Türkiyənin Adana vilayətində ağlasığmaz olay baş verib. Hazırda Amerikada yaşayan, ancaq körpə ikən vilayətdəki İncirlik hərbi bazasında qulluq edən amerikalı hərbçinin ailəsinə pulla satıldığını iddia edən iki türk bacı DNT-dən keçməyə qərar verib. Araşdırmalardan sonra məlum olub ki, onlar doğrudan da amerikalı əsgərlərə pul qarşılığında veriliblər.

Районы местечка Инджирлик сегодня выглядят безлюдными и заброшенными - Sputnik Azərbaycan
Atılmış “Kiçik Amerika”, yaxud İncirlik ətrafındakı “kabus şəhəri”

Sputnik Azərbaycan "Sabah"a istinadən xəbər verir ki, türk polisi hadisə ilə əlaqədar təcili istintaq başladıb. Uşaqları vaxtilə amerikalı əsgərlərə satan ailənin, həmçinin başqa ailələrin də oxşar addım atıb-atmadığının araşdırılması üçün bölgədəki bütün əhali qeydə alınacaq.

Mövzu ilə əlaqədar "Sabah" qəzetinə danışan yerli sakinlər bildiriblər ki, amerikalı əsgərlərin çoxu onlardan da pul qarşılığında körpələrini almaq istəyib. "40 ildir ki, İncirlik qəsəbəsində yaşayıram. ABŞ hərbçilərinin pul qarşılığında türk körpələri aldıqları doğrudur" — bölgə sakini Mahmut Açar deyib.

"Bu bölgədə amerikalılara övladını satan çox ailə olub. Yaxından tanıdığım bir nəfər həm oğlunu, həm də qızını pula görə onlara satdı. Bir müddət sonra uşaqların öldüyü xəbəri gəldi. Amerikalı əsgərlər sanki marketdən alış-veriş edərmiş kimi, ailələrə uşaq qarşılığında pul təklif edirlər" — sakin bildirib.

Mahmut Açar əlavə edib ki, vaxtilə bir nəfər amerikalı qadın hərbçi onun evinə gələrək bir yaş yarımında olan qızını da pulla almaq istəyib: "Həyat yoldaşım mənə bu xəbəri eşitdirəndə, az qala beynimə qan sızacaqdı. İnsan öz balasını necə sata bilər? Övladını satan adamın dəli olması lazımdır".

Qəzetə açıqlama verən digər vətəndaş, 65 yaşlı taksi sürücüsü Əli Aslan da bu barədə çox eşitdiyini söyləyib: "Uzun illərdir, bu bazanın qapısı ağzında müştəri gözləyirəm. Onlar xüsusilə yoxsul ailələri araşdırıb, onların qapısına gedirlər. Bu işi İncirlik hərbi bazasında çalışan amerikalı qadın hərbçilər görür. Kimin maddi çətinliyi varsa, o evə üz tuturlar".

Adının açıqlanmasını istəməyən digər bir vətəndaş isə deyib ki, 1980-90-cı illərdə belə hallar olub, amma indi yoxdur. İddiaya görə, amerikalı hərbçilər pulla aldıqları türk uşaqları ölkələrinə apararaq, orada həm adlarını, həm də dinlərini dəyişdirirlər.

Xəbər lenti
0