Cəsur qızı 14 illik həbs cəzası gözləyir

© AFP 2023 / Ahmad GHARABLIAhed Təmimi
Ahed Təmimi - Sputnik Azərbaycan
Abunə olmaq
Gənc qızın anası da hazırda müvəqqəti cəzaçəkmə müəssisəsindədir

BAKI, 9 yanvar — Sputnik. İyirmi gündür ki, İsrail polisinin nəzarətində olan, Fələstinin cəsur qızı kimi tanınan 16 yaşlı Ahed Təmimiyə 14 il həbs cəzası verilə bilər. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, o, İsrail əsgərinə şillə vurduğu üçün həbs edilib.

Gənc qızın anası Nəriman Təmimi də hazırda müvəqqəti cəzaçəkmə müəssisəsindədir. İsrailin irqçi təhsil naziri Naftali Bennet fələstinli gənc qız barəsində "həyatı həbsxanada çürüməlidir" ifadəsini işlədib.

Xatırladaq ki, Ahed Təmimi 2014-cü ildə də İsrail əsgərlərinə qarşı müqavimət göstərməsi ilə yadda qalmışdı. O, azyaşlı qardaşını xilas etmək üçün yəhudi əsgərin üzərinə şığıyaraq onu yumruqlamış, əsgərin barmağını dişləmişdi. Bu cəsur davranışına görə, fələstinli qız Türkiyəyə çağrılmış, İstanbulda "Hanzala Cəsarət Mükafatı"na layiq görülmüşdü.

Xəbər lenti
0