02:54 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
270 0 0

Stüardessa sərnişinləri saymağa başlayan zaman 1 sərnişin artıq olub

BAKI, 8 yanvar — Sputnik. İstanbulun Atatürk Hava limanında qəribə hadisə baş verib. 28 yaşlı oğlan bileti olmamasına rəğmən təyyarəyə minib.

Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, hadisə səhər saat 09:00-da İstanbul-Antalya reysi üzrə uçmağa hazırlaşan təyyarədə yaşanıb.

Təyyarə uçmadan öncə stüardessa sərnişinləri saymağa başlayıb. Elə bu zaman 1 sərnişin artıq olub.

Bilet yoxlanışı zamanı R.K. adlı 28 yaşlı kişi sərnişin biletini göstərə bilməyib. Təyyarəyə gizli olaraq mindiyi üzə çıxan R.K. polislər tərəfindən nəzarətə götürülüb. Onun ifadəsi alınıb.

Ətrafdakı insanların "təyyarəyə necə mindin" sualına R.K. "səhvən oldu" cavabını verib.

Əlaqədar

Siçovul təyyarənin havaya qalxmasına imkan vermədi
Məşhur idmançılar təyyarədən qovuldular - adyal oğurluğuna görə
Rusiyadakı təyyarə qəzası kameralara belə düşdü
Rusiya aydınlıq gətirdi: ABŞ təyyarəsi döyüş meydanından qaçdı
Suriya səmasında toqquşma: Amerika təyyarəsi Rusiya qırıcısına atəş açıb
Teqlər:
icazəsiz, stüardessa, Atatürk Hava Limanı, sərnişin, İstanbul, bilet

Əsas mövzular