Uzun müddətdir ki, heç bir serial və film təklifini qəbul etməyən, ticarətlə məşğul olan Sinem Kobal onu görüntüləməyə çalışan media təmsilçilərindən qaçmaq istəyərkən tərs yola girib
BAKI, 8 yanvar — Sputnik. Türkiyəli məşhur aktrisa Sinem Kobal İstanbulun Bebek səmtində tıxaca səbəb olub. Avtomobilini əks yolla sürən aktrisa yarım saata yaxın nəqliyyatı iflic vəziyyətinə salıb.
Uzun müddətdir, heç bir serial və film təklifini qəbul etməyən, ticarətlə məşğul olan Sinem Kobal onun şəklini çəkməyə çalışan media təmsilçilərindən qaçmaq istəyərkən əks yola girib. Tıxac da məhz bundan sonra yaranıb. Aktrisa daha sonra ətrafdakı insanların yardımı ilə düzgün yola qayıda bilib.