11:39 19 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Итальянсий актер Адриано Челентано, 18 февраля 2012 года

İtaliya kinosunun 80 yaşlı ən çirkin ulduzu

© AFP 2019 / TIZIANA FABI
DÜNYA
Qısa URL
119 0 0

Adriano Çelentanonun 80 yaşı tamam olur

BAKI, 6 yanvar — Sputnik. Bu gün İtaliya kinosunun ən məşhur ulduzlarından olan Adriano Çelentanonun 80 yaşı tamam olur.

Adriano Çelentano 6 yanvar 1938-ci il Milanda doğulub. Azərbaycan tamaşaçısı onu daha çox “Binqo-Bonqo”, “İnadkarın ram edilməsi”, “Blef” filmlərindən tanıyır.

Aktyor olmaqla yanaşı, Çelentano həm də estrada müğənnisi, bəstəkar, rejissor, ictimai xadim, televiziya aparıcısıdır. 1964-cü ildə aktrisa Klaudiya Mori ilə evlənib və hələ də bir yerdə yaşayır. Bu izdivac dünya kinosunun ən möhkəm izdivaclarından biri sayılır. Onların 3 övladı var.

Müğənni kimi fəaliyyət göstərdiyi qırx ildən artıq bir dövrdə Çelentano 600 mahnı ifa edib, ümumi tirajı 150 milyonu keçən 41 albom buraxıb. Onun şərəfinə 1987-ci ildə kəşf edilmiş asteroid adlandırılıb.

Əlaqədar

Onu görməyə tələsin: dünya şöhrətli hind aktyoru Bakıya gəlir
Dünyanın ən məşhur aktyorunun ölümünün ildönümü
Əfsanəvi amerikalı aktyor Türkiyədə biznes qurdu
Azərbaycanlı aktyor ağır cinayət törədib
Milyonlarla qadının əlçatmaz arzusu olan əfsanəvi aktyor
Teqlər:
Adriano Çelentano, bəstəkar, müğənni, yubiley, İtaliya, aktyor

Əsas mövzular