Ərdoğan Fransada müzakirələrə başladı

© REUTERS / Benoit TessierRəcəb Tayyib Ərdoğan və Emmanuel Makron, Paris, 5 dekabr 2017-ci il
Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron, Paris, 5 dekabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
İki ölkə rəhbərləri arasında təkbətək görüş başlayıb

BAKI, 5 yanvar — Sputnik. Fransada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Parisdə fransalı həmkarı Emmanuel Makronla görüşüb.

Sputnik Türkiyə xəbər verir ki, Makron Ərdoğanı Yelisey sarayının qapısında qarşılayıb. Daha sonra iki ölkə rəhbərləri arasında təkbətək görüş başlayıb.

Danışıqlar başa çatdıqdan sonra prezidentlər birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, Makronla görüşdən əvvəl Ərdoğan Parisdə iş adamları ilə görüşüb.

Xəbər lenti
0