Milyonları üzəcək xəbər: "Green Card" ləğv edilir

CC BY 2.0 / AIR FORCE ONE / UNITED STATES OF AMERICAАмериканская виза, фото из архива
Американская виза, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti hər il milyonlarla insanın müraciət etdiyi "Yaşıl Kart" sistemini ləğv edəcəyini açıqlayıb

BAKI, 5 yanvar — Sputnik. ABŞ prezidenti Donald Tramp bütün dünyada milyonlarla insanı üzəcək açıqlama verib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verib ki, Tramp növbəti dəfə "Green Card" ("Yaşıl Kart") sistemini sərt tənqid edib.

ABŞ prezidenti ölkəyə hələ uşaq yaşlarından qaçqın kimi gələn şəxslərə yaşamaq hüququ verən DACA proqramını və hər il milyonlarla insanın müraciət etdiyi "Yaşıl Kart" sistemini ləğv edəcəyini açıqlayıb. O, Amerikanın işçilərə xidmət edəcək və onların təhlükəsizliyini təmin edən yeni miqrant proqramı üzərində çalışdıqlarını qeyd edib: "Hazırkı proqram tam fəlakətdir və viza Amerika iqtisadiyyatı üçün pisdir". Tramp "viza sistemi pisdir" dedikdə, hər il milyonlarla insanın müraciət etdiyi "Yaşıl Kart" sistemini nəzərdə tutub.

ABŞ prezidenti viza sisteminin digər ölkələr tərəfindən ələ salındığını deyib. Xatırladaq ki, o, ötən ilin avqustunda DACA-nın sona çatdığını elan etmişdi.

Xəbər lenti
0