Ərdoğan Türkiyə idarəçiliyində kardinal dəyişiklik edəcək

© AP Photo / Kayhan OzerTürkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin qurucu atası Mustafa Kamal Atatürkün 79-cu ildönümününə həsr olunan mərasimdə, Ankara Türkiyə 10 noyabr, 2017-ci il
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin qurucu atası Mustafa Kamal Atatürkün 79-cu ildönümününə həsr olunan mərasimdə, Ankara Türkiyə 10 noyabr, 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
KİV: "Prezident 18 naziri istefaya göndərərək onların yerinə yenilərini təyin edəcək"

BAKI, 4 yanvar — Sputnik. Türkiyə hökumətinin tərkibində ciddi dəyişiklik ediləcəyi gözlənilir. Sputnik Azərbaycan "Hurriyet"ə istinadən xəbər verir ki, hazırda ölkə siyasətinin gündəmində olan iki əsas mövzusudan biri Nazirlər Kabinetinin tərkibinin dəyişdirilməsidir.

Diyanet İşleri Başkanı Mehmet Görmez - Sputnik Azərbaycan
Türkiyə hökumətində sürpriz istefa

Qəzetin yazdığına görə, bundan başqa, siyasi dairələrdə növbədənkənar parlament seçkisinin keçirilməsi də müzakirə olunur. Məqalədə qeyd olunur ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yerli təşkilatlarında keçirilən konfranslar bu ilin martınadək başa çatacaq.

"Bundan sonra partiyanın qurultayı keçiriəcək. Bu toplantıda AKP-nin yeni rəhbərliyi seçiləcək. Yeni rəhbərlik formalaşdırıldıqdan sonra parlament seçkisinin keçirilməsini təmin edəcək "seçki hökuməti" yaradılacaq" — məqalədə qeyd olunur.

Digər məlumata görə, Türkiyə prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan partiyanın qurultayını gözləməyəcək və yanvar ayı ərzində Nazirlər Kabinetinin tərkibini dəyişəcək. Məqalədə bildirilir ki, prezident 18 naziri istefaya göndərərək onların yerinə yenilərini təyin edəcək.

İddiaya görə, vəzifədən çıxarılan nazirlər bölgələrə vali və bələdiyyə sədri kimi göndəriləcəklər.

Qeyd edək ki, Türkiyə hökuməti baş nazir, onun 5 müavini və 21 nazirdən ibarətdir.

Xəbər lenti
0