18:26 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
DÜNYA
Qısa URL
263 0 0

Üzərində ay-ulduz olan buzovu 1 milyon dollara satışa çıxarılıb

BAKI, 3 yanvar — Sputnik. Üstündə ay-ulduz olan buzov 1 milyon dollara satışa çıxarlıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Samsunda heyvandarlıqla məşğul olan Nizaməddin Cürə bir həftə öncə dünyaya gəlmiş və üzərində ay-ulduz olan buzovunu 1 milyon dollara satışa çıxarıb.

“Buzovun anası simental cinsi olan bir inəkdir. Çoxdandır ki, bala vermirdi. Kəsmək niyyətim vardı, sonra bu buzov oldu, üzərində də ay-ulduz işarəsi. Buzovun adını Ay qoymuşam. Satmaq fikrim var. İlkin qiymət 1 milyon dollardır. Kim görürsə təəccüblənir. Buzovu almaq istəyənlər olub, amma qoyduğum qiymət hamısına baha görünüb” — deyə fermer bildirib.

Əsas mövzular