ABŞ - Şimali Koreya söz dueli davam edir: Tramp lap əndazəni aşdı

© REUTERS / Jim Lo ScalzoПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Mənim nüvə silahı düyməm var və onunkundan daha böyük, daha güçlüdür"

BAKI, 3 yanvar — Sputnik. “Mənim nüvə silahı düyməm səninkindən böyükdür”. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ABŞ  prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Çen Inın “nüvə silahı düyməsi stolumun üstündədir” açıqlamasına cavab verərək bildirib ki, onun nüvə silahı düyməsi daha böyük və daha güçlüdür. 

Kim Çen In yeni il nitqində ABŞ-ın Koreyanın nüvə silahı mənzili içində olduğunu və silahın düyməsinin daim masasının üzərində olduğunu deyb. Koreya lideri sonra əlavə edib ki, bu bir hədə deyil, reallıqdır. Tramp isə ona twitter vasitəsilə cavab verib: “Şimali Koreya lideri Kim Çen In nüvə silahı düyməsinin hər an stolunun üstündə olduğunu deyir. Onu bitmiş və çətinlik çəkən rejimindən biri məlumatlandırsın. Mənim nüvə silahı düyməm var və onunkundan daha böyük, daha güçlüdür və işləyir”.

Xəbər lenti
0