02:28 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Самолет Ту-154

Siçovul təyyarənin havaya qalxmasına imkan vermədi

© Sputnik / Юрий Пирогов
DÜNYA
Qısa URL
262 0 0

Kaliforniyada siçovul təyyarənin havaya qalxmasına imkan verməyib

BAKI, 3 yanvar — Sputnik. "Alaska Airlines" aviaşirkətinin uçuşu göyərtədə peydə olunan siçovula görə ləğv edilib.

Sputnik Azərbaycan bu barədə Report-a istinadən məlumat verir.

Göyərtəsində 110 sərnişini olan Boeing 737 təyyarəsi Oklenddən (Kaliforniya ştatı – Red.) Portlendə (Oreqon ştatı- Red.) uçuş həyata keçirməli idi. Aviauçuş trap vasitəsi ilə salona daxil olan siçovula görə ləğv edilib. Heyət üzvləri gəmiricini tapa bilməyib.

Aviaşirkət ziyanvericilərin ləğv edilməsi ilə məşğul olan xidmətin əməkdaşlarını çağırıb. Bundan əlavə, təyyarədə zədələrin olub-olmamasını müəyyən etmək məqsədi ilə mütəxəssislər ona baxış keçirəcək. Sərnişinlərə Portlendə digər təyyarə ilə yola düşmək tövsiyə edilib. 

Əsas mövzular