Ayətullah Xameneyi sükutu pozdu və ittihamlara başladı

© Photo : Office of the Iranian Supreme Leader via APВерховный лидер Ирана аятолла Али Хаменеи
Верховный лидер Ирана аятолла Али Хаменеи - Sputnik Azərbaycan
Abunə olmaq
Xameneyi zamanı gələndə xalqa müraciətlə çıxış edəcəyini də bildirib

BAKI, 2 yanvar — Sputnik. İranın dini lideri ayətullah Əli Xameneyi son günlər ölkədə baş verənlərlə bağlı ilk dəfə çıxış edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, şəhid ailələrini qəbul edən zaman hadisələrə münasibət bildirib.

Ayətullah Xameneyi baş verənlərdə "İranın düşmənlərini" ittiham edərək deyib ki, onlar pul, silah, kəşfiyyat və siyasi yollara əl ataraq İslam Respublikası daxilində qarışıqlıq yaratmaq niyyətindədirlər. Xameneyi zamanı gələndə xalqa müraciətlə çıxış edəcəyini də bildirib.

Qeyd edək ki, İranda ərzaq qiymətinin bahalaşmasından sonra baş verən etirazlar qısa müddət ərzində ölkənin bütün şəhərlərinə yayılıb. Polislə etirazçılar arasında baş verən qarşıdurmalarda azı 22 nəfər ölüb, yüzlərlə adam yaralanıb. 450-dən çox etirazçının saxlanıldığı bildirilir. İran Prezidenti Həsən Ruhani baş verən hadisələrlə bağlı çıxış edib. O bildirib ki, İranda hər etirazçının xaricdən dəstək aldığını desək bu düzgün olmaz: "Bir qrup insan fikirlərini və problemlərini çatdırmaq üçün küçələrə axın edib".

Prezident etirazçıların küçələrə çıxmasının tək səbəbini iqtisadi problemlərdə görmür. O qeyd edib ki, insanlar daha çox azadlıq tələb etdiyi üçün də etirazlar təşkil edirlər. 

Xəbər lenti
0