Amerika polislərini gülləbaran etdilər

© AP Photo / Andres KudackiПолицейские в Нью-Йорке, фото из архива
Полицейские в Нью-Йорке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində 6 nəfər polis əməkdaşı yaralanıb, 1 polis isə həlak olub

BAKI, 1 yanvar — Sputnik. ABŞ-ın Kolorado ştatında atışma olub. Sputnik xəbər verir ki, hadisə nəticəsində 6 nəfər polis əməkdaşı yaralanıb, 1 polis isə həlak olub.

İnsident yerli vaxtla səhər saat 5.13-də baş verib. Hüquq mühafizə orqanları əməkdaşları, məişət münaqişəsi barədə daxil olan məlumatla əlaqədər çoxmənzilli yaşayış binasına gəliblər. Onlar binaya yaxınlaşan zaman atışma başlayıb. Mülki şəxslərin yaralanması və ya ölməsi barədə hələlik məlumat verilmir.

Xəbər lenti
0