İran qaynayır, ölənlərin sayı artır

© AFP 2023 / STRБеспорядки в Иране
Беспорядки в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyədək toqquşmalar səbəbindən 10 nəfər dünyasını dəyişib

BAKI, 1 yanvar — Sputnik. Cənub qonşumuz İranda davam edən etiraz aksiyaları və qarşıdurmalar nəticəsində ölənlərin sayı artır. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, indiyədək toqquşmalar səbəbindən 10 nəfər dünyasını dəyişib.

Rəsmi qurumlar dəqiq məlumat verməsə də, ölənlərin aksiyaçılar olduğu və polislə qarşıdurma zamanı öldürüldüyü bildirilir.

Qeyd edək ki, etiraz aksiyaları cümə axşamı günü ölkənin əhali sayına görə ikinci böyük şəhəri Məşhəddə başlayıb. Etirazçılar qiymət artımından narazıdırlar. Bununla belə, aksiyalarda rejim əleyhinə siyasi şüarlar da səsləndirilir.

Xəbər lenti
0