SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Donald Trampdan İran hadisələrinə ilk reaksiya

© REUTERS / Jonathan ErnstABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp: "İranda etirazlar terrorçuluğun dəstəklənməsinə qarşı yönəlib"

BAKI, 31 dekabr — Sputnik. ABŞ prezidenti Donald Tramp İrandakı etirazları şərh edərkən yenidən İran rəhbərliyini terrorçuluğu dəstələməkdə ittiham edib.

“Report”-un məlumata görə, bu barədə “RT” məlumat verib.

“İranda böyük etiraz aksiyaları baş verir. Nəhayət insanlar onların var-dövləti və pullarının oğurlandığını və terrorçuluğa sərf edildiyini anlamağa başladılar. Görünür ki, onlarin daha buna dözmək niyyəti yoxdur” — deyə Tramp Twitter səhifəsində yazıb.

ABŞ prezidentinin sözlərinə görə, Vaşınqton “insan haqqların pozulması hallarını” diqqətlə izləyəcək.

Qeyd edək ki, İranın bir neçə şəhərində hökümıtin iqtisadi siyasətinə qarşı etirazlar keçirilır.

Tramp dəfələrlə İran hökümətini terrorçulun dəstəkləməsində ittiham edib. 

Xəbər lenti
0