BAKI, 31 dekabr — Sputnik. Misirin hüquq-mühafizə orqanları Yeni il bayramı zamanı terror aktı törətməyi planlaşdıran 3 silahlını məhv ediblər, 10 nəfəri isə saxlayıblar.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, terrorçular ölkədə qadağan olunmuş "Müsəlman qardaşlar" təşkilatı ilə əlaqəli olan "Xasm" qruplaşmasının üzvləri olublar. Onlar Giza əyalətində məhv ediliblər.