Boşandım, xoşbəxtəm...

© Photo : Yurt GazetesiTuğba Doğan
Tuğba Doğan - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobilinə "hamının istifadə etdiyi şeylər mənə maraqlı deyil, boşandım, xoşbəxtəm" yazdırıb

BAKI, 30 dekabr — Sputnik. Türkiyədə maraqlı hadisə baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bursada market işlədən 28 yaşlı Tuğba Doğan 8 il əvvəl ailə həyatı qurduğu Uğur Gursoyun onu aldatdığı üçün onu boşanmaq üçün məhkəməyə verib. Gənc qadın boşandıqdan sonra avtomobilini bəzəyərək şəhəri gəzib.

O avtomobilinə "hamının istifadə etdiyi şeylər mənə maraqlı deyil, boşandım, xoşbəxtəm" yazdırıb və bildirib ki. həyat yoldaşından boşandığı üçün özünü xoşbəxt hesab edir.

"Hazırda boşandığım üçün xoşbəxtəm. 1,5 ildir ki, bu gün gözləyirdim. Sözümdə durdum. Həmin axşam dostlarıma kabab qonaqlığı verdim" – deyə gənc qadın bildirib.

Xəbər lenti
0