17:53 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
311 0 0

İŞİD VƏ Taliban terror təşkilatlarının həyata keçirdiyi hücumlar nəticəsində Əfqanıstanda il ərzində 1000-dən çox adam həyatını itirib

BAKI, 28 dekabr — Sputnik. Əfqanıstanda xəbər agentliyində partlayış olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, paytaxt Kabildə "Əfqan Səsi" xəbər agentliyinə iki nəfər hücum edib.

Bundan sonra binada partlayış olub. Əfqanıstan Daxili İşlər Nazirliyində olan qaynaqların verdikləri məlumata görə, hadisə zamanı 40-a yaxın insan ölüb, onlarla insan ağır yaralanıb.Ölənlərin sayının artacağı istisna edilmir.

Hadisə şahidlərinin sözlərinə görə, terrorçulardan biri özünü partladıqdan sonra içəri daxil olan ikinci terrorçu binadakıları güllələyib.

Türkiyənin "Anadolu" xəbər agentliyinin də yerləşdiyi "Tabyan" adlanan binada şiə qruplarına aid təşkilatlar yerləşir. Terroru hələlik heç bit təşkilat üzərinə götürməsə də, hadisəni Taliban və ya İŞİD terror qruplaşmalarından birinin həyata keçirdiyi güman edilir.

Xatırladaq ki, İŞİD VƏ Taliban terror təşkilatlarının həyata keçirdiyi hücumlar nəticəsində Əfqanıstanda il ərzində 1000-dən çox adam həyatını itirib.

Əlaqədar

Əfqanıstan prezidenti Azərbaycan sülhməramlılarının fəaliyyətindən məmnundur
Azərbaycanın Əfqanıstan əməliyyatındakı rolu müzakirə obyektidir
Terror Əfqanıstanı yenidən vurdu
Əfqanıstanda ABŞ-a aid helikopter vuruldu, 43 əsgər öldürüldü
Əfqanıstandan şok açıqlama: bu ölkələr "Taliban"a silah və pul verir
Teqlər:
ölənlər, partlayış, Əfqanıstan, Taliban, Beynəlxalq Xəbər Agentliyi, İŞİD

Əsas mövzular