07:04 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
48810

"Biz müstəqil dövlətik və istədiyimiz ölkə ilə yaxşı əlaqələr qura bilərik"

BAKI, 28 dekabr — Sputnik. "Türkiyə ilə yaxınlığın əvəzi nədirsə, ödəməyə hazırıq. Xalqımızın alçaldılmasını heç vaxt qəbul etməyəcəyik".

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Sudan dövlətinin informasiya naziri Əhməd Bilal açıqlama verib. Rəcəb Tayyib Ərdoğanın Sudana səfərini "tarixi" olaraq xarakterizə edən nazir deyib ki, Türkiyə ilə yaxınlaşma qonşu ölkələr üçün təhdid deyil.

"Biz müstəqil dövlətik və istədiyimiz ölkə ilə yaxşı əlaqələr qura bilərik. Ancaq görürük ki, bəziləri bizim yaxınlaşmağımızdan narahat olur. Onlar odla oynayanlardır. Buradan onlara səslənirəm: Sudan Türkiyə ilə yaxınlığın əvəzi nədirsə, ödəməyə hazırdır" — Əhməd Bilal vurğulayıb.

Xatırladaq ki, Türkiyə prezidenti Ərdoğanla Sudanın dövlət başçısı Ömər əl-Bəşirin görüşündə vacib sənədlər imzalanmışdı. İmzalanan sənədlər arasında ən çox diqqət çəkəni 20 min kvadrat kilometr sahəsi olan strateji Sevakin adasının Türkiyənin istifadəsinə verilməsi olub. Razılaşmaya əsasən, sözügedən adanı türk şirkətləri restavrasiya edəcək. İddiaya görə, hətta Türkiyə adada böyük hərbi baza da quracaq.

Əlaqədar

Türkiyədən ABŞ və İsrailə qarşı altı kəskin gediş: Əgər bunlar baş tutarsa...
Ərdoğandan ilginc "Osmanlıya dönüş" mesajı: İmperiya bərpa olunur?
Ərdoğan hər şeyı açdı: "ABŞ zəng vurub bir-bir təhdid etdi"
Teqlər:
Əhməd Bilal, yaxınlıq, Ömər əl-Bəşir, Sudan, Türkiyə, nazir

Əsas mövzular