07:01 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
8801

Qız məhkəmədən keçmiş sevgilisinə ən ağır cəzanı tələb edib

BAKI, 27 dekabr — Sputnik. Türkiyədə gənc qadın internetdə tanış olduğu kişi tərəfindən aldadılıb. Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə 31 yaşlı əlil qadına onu sevdiyini, onunla evlənəcəyini vəd edən kişi qadının yığdığı 163 min dolları ondan alaraq yoxa çıxıb.

Onlar ilk dəfə 2009-cu ildə internet vasitəsilə tanış olublar. Müalicə üçün Amerikaya gedən gənc qadın müalicəsinin təsiri olmadığı üçün Türkiyəyə qayıdıb və bacısının gözəllik salonunda işləyib. Sevgilisi olan gənc qız ailə qurmağa hazırlaşırmış. Sevgilisi ona gələcəkləri üçün şirkət qurduğunu deyərək qızın yığdığı pulu ondan istəyib. 2014-cü ilə qədər sevdiyi kişiyə 163 min dollar verən gənc qadın evlənəcəyi kişinin başqası ilə nişanlı olduğunu öyrənəndə illərlə aldadıldığını başa düşüb. Gənc qadın əvvəlcə vəziyyəti ailəsinə danışmaq istəməyib. Lakin böyüklərinin "əməliyyat olmalısan" təkidlərindən sonra qadın vəziyyəti ailəsinə danışıb və bundan sonra kişidən ancaq 36 min lirə ala bilib. Bunun ardınca gənc qadın polisə müraciət edib.

Qız məhkəmədən keçmiş sevgilisinə ən ağır cəzanı tələb edib.

Əlaqədar

Başabəla oğru çox uzağa qaça bilmədi
Azərbaycanlı məmurun "qanuni oğru"nun qətli ilə əlaqəli səs yazısı ortaya çıxdı
Lənkəranskinin qatillərinə müharibə elan edən "qanuni oğru" azadlığa çıxdı
"Qanuni oğru"lar bir-birilərinin qanını tökdülər
Azərbaycanlı-inquş qan davasını məşhur "qanuni oğru" həll edir

Əsas mövzular