Rusiya müxalifətindən Putinə mesaj gəldi

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Putinin yenidən Rusiya prezidenti seçiləcəyi siyasi analitiklərdə şübhə doğurmur

BAKI, 26 dekabr — Sputnik. Rusiyada 2018-ci ilin martında keçiriləcək prezident seçkiləri öncəsi bəzi müxalif partiya rəhbərləri hazırkı prezident Vladimir Putini dəstəkləyəcəklərini bəyan ediblər. Sputnik Azərbaycan bu barədə "Euronews"-a istinadən xəbər verir.

"Ədalətli Rusiya Partiyası"nın sədri Sergey Mironov hazırkı dövlət başçısı Vladimir Putinin nəmizdəliyini dəstəkləyəcəklərini açıqlayıb.

"Vladimir Vladimiroviç Putinin "Vahid Rusiya" partiyası adına deyil, müstəqil namizəd kimi seçkilərə qatılması bizim üçün əhəmiyyətlidir. O, bununla Rusiyadakı ən geniş siyasi və ictimai qüvvələri özünə dəstək olmağa çağırdı. Onun bu mesajına müsbət cavab verəcəyik" – Mironov bildirib.

Putini dəstəkləyəcəklərinə dair başqa bir açıqlama Mülki Platforma lideri Rifat Şeyxuddinovdan gəlib: "Partiyamız Vladimir Putinin getdiyi yolu dəstəkləyir. Partiyamızın quruluşundan bu günə qədər olduqca çətin dövrdən keçdik. Krımla birləşməyi dəstəklədik. Yəni, Putinə rəğbətimiz yeni deyil".

Qeyd edək ki, Vladimir Putinin yenidən Rusiya prezidenti seçiləcəyi siyasi analitiklərdə şübhə doğurmur.

Xəbər lenti
0