Bu ölkədə fövqəladə vəziyyət rejiminin bitəcəyi tarix açıqlandı

© Photo : AATürkiyədə fövqəladə vəziyyət rejimi gələn il başa çatacaq
Türkiyədə fövqəladə vəziyyət rejimi gələn il başa çatacaq - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə fövqəladə vəziyyət rejimi 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra 20 iyul 2016-cı ildən tətbiq edilir

BAKI, 26 dekabr — Sputnik. Türkiyədə fövqəladə vəziyyət rejimi gələn ilin 21 fevralında başa çatacaq.

Sputnik Azərbaycan AA-ya istinadən xəbər verir ki, bu barədə "Qanun Hökmündə Qərar" komissiyası açıqlama verib.

"FETÖ-yə üzvlükdə şübhəli bilindiyi üçün işdən çıxarılan məmurlar, təqaüdləri kəsilən tələbələr, rütbələri əlindən alınan keçmiş hərbçilər 21 fevral 2018-ci il tarixinədək "Qanun Hökmündə Qərar" komissiyasına müraciət edə bilərlər" — açıqlamada qeyd olunub.

Xatırladaq ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra 20 iyul 2016-cı ildən tətbiq edilir.

Xəbər lenti
0